Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli dəfn olunub.
“Report” xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.
***
Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə Təzəpir məscidində vida mərasimi keçirilib.
“Report” xəbər verir ki, Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.
Hazırda onun cənazəsi dəfn olunması üçün II Fəxri xiyabana aparılır.


Şərhlər
Bu adam sağlığında xalq üçün hansı xeyirli işin sanibi olub ki,öləndə nə deyəsən?İndi mələklər başına-gözünə vura-vura sorğu-sual edirlər ki,elə bilirdin həyat ancaq şappaşap yeyib içib əylənməkdən ibarət imiş?
İndi get, Haqqın varlığını gözünlə gör. Sən idinmi xalqın üznə hardan işıq düşürdüsə dərhal oranı qapayan? Müəllimlərə soğan əkməyi, həkimlərə suvaq vurmağı tövsiyyə edən? Uşaqpuluynun, pensiya artımının önünü kəsən. Get, getdiyin yerdə səni millətin qarğışı gözləyir. Yavan çörəyə yön gördüyün tamarzı uşaqların ahı gözləyir. Səni qəzəbi kainata sığmayan CABBAR ALLAHın ÖZÜ gözləyir. Bilirdin ki, dünya imtahan dünyasıdır. XALİQ in səni bura yuyunub təmizlənmək üçün göndərmişdi. Sənə şans tanımışdı.Etibar etmişdi. Etmad göstərmişdi. Əvəzində sən nə etdin? Acları həmişə ac, kasıbları həmişə kasıb, süfrələri sönük, uşaqları arıq və möhtac görmək istədin. Belə yaşadın. Bu sonluqlamı, bu köklə, bu üzləmi gora gedirsən? Get getdiyin yer qaranlıq və dar olsun. Azərbaycan xalqına hansı yamanlıqları etmisənsə bircə-bircə qarşına çıxsın.
Bəs Hadı imdir və haradan Azərbaycanda peyda olub?BUnu bilənlər var və qoy açıqlasınlar.Axı o Lənkəranlı deyil
Allah rəhmət eləsin...