Menu

Rusiyanın Çerniqova hücumu nəticəsində 15 nəfər ölüb, 61-i yaralanıb

17.04.2024, 17:24
Rusiyanın Çerniqova hücumu nəticəsində 15 nəfər ölüb, 61-i yaralanıb

Ötən gecə Rusiyanın Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində 15 nəfər ölüb, 61-i yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan üçü uşaqdır.

Dağıntılar altından üç nəfər xilas edilib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol