Menu

Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb

18.04.2024, 11:07
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb

Türkiyədə Milli Kəşfiyyat İdarəsi və polis idarəsi yeni antiterror əməliyyatı keçirib.

“Report” “Star”a istinadən xəbər verir ki, əməliyyat nəticəsində terror təşkilatı “DNKP-C”-nin (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) məsul şəxslərindən biri olan Fehmi Oral Meşe saxlanılıb.

Onun təşkilatın bir sıra silahlı aktlarında iştirak etdiyi bildirilir.

Qeyd edək ki, F.O.Meşe uzun müddətdir axtarılırdı. Onun haqqında saxlanılma qərarı qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol