Menu

Qroznıda fövqəladə durum: 10 nəfər həlak olub

04.12.2014, 09:50
Qroznıda fövqəladə durum: 10 nəfər həlak olub

Dekabrın 4-nə keçən gecə Rusiyanın Çeçen Respublikasının paytaxtı Qroznıda fövqəladə vəziyyət yaranıb.

“Media forum” saytı xəbər verir ki, üç avtomobillə hərəkət edən yaraqlılar yol polisi postuna hücum ediblər. Silahlı toqquşmada 3 polis öldürülüb, ardınca yaraqlılar şəhərdəki Mətbuat Evini ələ keçiriblər.

Ən son məlumata görə, Mətbuat Evinə sığınmış yaraqlılarla atışma davam edir. Çeçen Respublikasının başçısı Ramzan Kadırov bəyan edib ki, 7 yaraqlı öldürülüb və əməliyyat başa çatmaq üzrədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol