Menu

Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib

18.04.2024, 13:48
Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib

Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, pensiyaların ödənişində hər hansı bir gecikmə yoxdur.

APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

"Respublika üzrə aprel ayının pensiylarının ödənişi davam etdirilir. Aprelin 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə, aprelin 15-dən isə respublikanın ayrı-ayrı rayonlarında qeydiyyatda olan pensiyaçıların pensiyaları ödənilib.

Hazırda güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarının ödənişi davam edir. Aprelin 19-da maliyyələşmənin tam başa çatdırılması nəzərdə tutulub. Bununla da aprel ayı başa çatmamış aprel ayının pensiyalarının ödənişi yekunlaşdırılacaq" - o qeyd edib.

Şərhlər

Eli 2024-04-18 14:34:20

Bu adam Ağ Yalan danışır utanmadan,15-16- si hemişe pensiya slanlar bu günedek onu almsyıblar bu miye boş boş xalqı aldatmaq isteyir.

Eli 2024-04-18 14:10:28

Bu adsm gözünün içine kimi yalan danışır ,Sahil Babayevin bundan artuq
işçisi oka da bilmez ancaq millete zerbe vessajam

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol