“Bütün bunlar Vaşinqtonun öz eksklüzivliyi, amerikalıların digərləri üzərində üstünlüyü, eləcə də ikili standartlar prinsipinə əsaslanan siyasətinə görədir. Xarici agentlər haqqında qanun ətrafında bu cür isterika yalnız o demək ola bilər ki, Vaşinqton və Brüssel tərəfindən Gürcüstanın indiki hökumətini devirmək üçün qərarlar var və bunun üçün artıq pul ayrılıb. Qanunun qəbulu isə bu planları poza bilər”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin Gürcüstanda xarici agentlər haqqında qanunun ətrafında yaranan gərginliyi şərh edərkən deyib.
Volodin Gürcüstan hökumətinin bu qanunun qəbulunda israrlı olmasını dəstəkləyib: “Əgər hər hansı bir ölkə öz xalqının gələcəyini müstəqil müəyyən etmək hüququna malik olduğu suveren dövlət olmaq istəyirsə, o zaman xarici agentlər haqqında qanunu qəbul etməyə borcludur. Onun mahiyyəti ondan ibarətdir ki, daxili işlərə kənardan müdaxilə qadağan edilsin”.
“AzPolitika.info”


Şərhlər