Menu

Dneprdə matəm elan - VİDEO

19.04.2024, 16:17
Dneprdə matəm elan  - VİDEO

Dnepr şəhərinin meri Boris Filatov aprelin 19-na keçən gecə Rusiyanın şəhərə endirdiyi zərbə nəticəsində həlak olanlar üçün matəm elan edib.

“AzPolitika” Ukrayna mətbuatına istinadla xəbər verir ki, aprelin 20-nin matəm günü elan olunması barədə sərəncam imzalanıb.

Matəm günü hökumət binalarında bayraqlar yarıya qədər endiriləcək. Xatırladaq ki, aprelin 19-na keçən gecə Rusiyanın Dnepr şəhərinə endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb, Sinelnikovoda ikisi uşaq olmaqla 6 nəfər həlak olub, daha 29 rayon sakini yaralanıb.

Volodimir Zelenski işğalçıların növbəti qanlı zərbəsindən sonra dünyanı Rusiya terrorunu məğlub etməyə çağırıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol