PUA istehsalı üzrə ixtisaslaşmış Almaniyanın “Quantum-Systems GmbH” şirkəti Ukraynada daha bir müəssisə açıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə şirkətin rəsmi saytı məlumat yayıb.
Yeni zavod Ukraynada ikinci “Quantum Systems” müəssisəsi olacaq. İlin sonunadək burada 100 nəfərin işlə təmin olunması planlaşdırılır. Proqnozlara görə, yeni müəssisə sayəsində şirkətin istehsal gücü ildə 1 min PUA-ya qədər artacaq.
“Quantum Systems” şirkətinin kəşfiyyat PUA-ları ötən ilin may ayından başlayaraq Ukraynada istifadə olunur. Bu günə qədər 212 PUA istehsal edildiyi və ilin sonuna qədər daha 500 kəşfiyyat PUA-sının istehsal olunaraq Ukraynaya verilməsinin gözlənildiyi qeyd edilir.
“AzPolitika.info”


Şərhlər