Menu

Dnepr şəhərində həlak olan dinc sakinlərin sayı artıb – FOTOLAR

20.04.2024, 10:40
Dnepr şəhərində həlak olan dinc sakinlərin sayı artıb – FOTOLAR

Rusiyanın bu gün Dnepr şəhərinə endirdiyi raket zərbəsi nəticəsində həlak olan dinc sakinlərin sayı artıq 24 nəfərə çatıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısak öz “telegram” kanalında məlumat verib.

Məlumata görə, beş hündürmərtəbəli bina və iki fərdi yaşayış evi, üç təhsil müəssisəsi, yeddi inzibati bina, bir market, mağaza və ticarət pavilyonları, bir mehmanxanaya ziyan dəyib və şəhərin infrastrukturu dağıdılıb.

Bundan əvvəl Dnepr meri Boris Filatov bildirib ki, aprelin 20-də şəhərdə matəm elan edilib: "Əclaflar “X-22” raketi ilə yenidən yaşayış binasını vurdular - təyyarədaşıyanları məhv etmək üçün nəzərdə tutulmuş silahla".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol