Beynəlxalq haker qrupu “Anonymous” İsrail Müdafiə Qüvvələrinin rəsi saytına kiberhücum edərək yüz minlərlə hərbi sənədi ələ keçirib.
“AzPolitika” xəbər verir ki, bu barədə haker qrupu məlumat yayıb.
“Anonymous” İsrai orusuna qarşı keçirilən kiberhücum uğurlu olduğunu və təxminən 250 min hərbi sənədin ələ keçirildiyini bildirib. Haker qrupu “PDF” sənədləri, “Word” faylları, “PowerPoint” təqdimatları da daxil olmaqla 233 mindən çox sənəddən ibarət 20 giqabaytlıq məlumat bazasına çıxışlarının olduğunu iddia edib.
“AzPolitika.info”


Şərhlər