Rusiya sülhməramlı kontingentinin növbəti bölmələri Azərbaycan ərazisini tərk etmək üçün bu gün Goran stansiyasında cəmləşiblər.

"AzPolitika" xəbər verir ki, bu barədə jurnalist Elçin Rüstəmli sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli mətbuata açıqlamasında bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

O, qeyd edib ki, artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

"AzPolitika.info"