Menu

"Bakının mərkəzində kanalizasiya borularındakı tıxanma aradan qaldırılıb" - Azərsu

21.04.2024, 19:11
"Bakının mərkəzində kanalizasiya borularındakı tıxanma aradan qaldırılıb" - Azərsu

Bakının mərkəzində kanalizasiya borularında baş verən tıxanma aradan qaldırılıb.

Bu barədə "Report"a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, “Azərsu” əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, Sukanal İdarəsinin qəza briqadaları oraya cəlb olunub və problem aradan qaldırılıb.

Qeyd edək ki, aprelin 21-də günorta saatlarında Səbail rayonu, Təbriz Xəlilbəyli küçəsi, 1 ünvanında kanalizasiya borularında tıxanma baş verib, tıxanma nəticəsində çirkab suları küçəyə axıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol