Menu

“Tramp Konqresdəki kimi, seçkidə də məğlub ola bilər” – “The Atlantic”

22.04.2024, 11:41
“Tramp Konqresdəki kimi, seçkidə də məğlub ola bilər” – “The Atlantic”

Donald Tramp Respublikaçılar Partiyasında tədricən öz nüfuzunu itirir. Konqresin aşağı palatasında Ukraynaya yardım paketinin qəbul edilməsi bunun bariz nümunəsi idi.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Atlantic” nəşrində yayımlanan məqalədə bildirilir.

Nəşr qeyd edir ki, Donald Trampın fikirləri və ritorikası çox vaxt partiyanın siyasi platformasının əsasları ilə ziddiyyət təşkil etsə də, o, 9 il ərzində qeyd-şərtsiz Respublikaçılar Partiyasına dominantlıq edib.

Qeyd olunur ki, bu müddət ərzində Trampın bir sıra qərarları Respublikaçılar partiyasının nümayəndələri arasında qıcıq doğurub: “Respublikaçıları qıcıqlandıran təkcə Trampın Ukrayna ilə bağlı mövqeyi deyildi. Bu ilin əvvəlində Tramp Meksika ilə sərhədi möhkəmləndirmək üçün ikitərəfli razılaşmanı baltaladı. Üç aydan sonra isə Trampın Konqresdəki partiyası ona qarşı çıxdı”.

“The Atlantic” yazır ki, Ukraynaya silah yardımı ilə bağlı səsvermədə yaşananlar daha böyük bir prosesin təzahürüdür: “Tramp partiya üzvlərinin və elektoratın güvənini tədricən itirir. Məsələn, prezidentliyə namizədlərlə bağlı partiyadaxili seçkiləridə bəzi seçicilər Trampa yox, öz namizədliyini geri götürən şəxslərə səs verdi. Tramp həm də özünün seçki kampaniyasını maliyyələşdirmək üçün könüllü olaraq pul verən insanların rəğbətini itirir”.

“Bunların hər biri Trampı narahat edir. O, Konqresdə Ukraynaya yardımın qarşısını daha kəsə bilməyəcək. Ukrayna qalib gəldi, Tramp isə uduzdu”, - deyə nəşr qeyd edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol