Menu

Aİ-dən Ukraynaya 500 milyon avroluq yardım

04.12.2014, 11:22
Aİ-dən Ukraynaya 500 milyon avroluq yardım

Aİ Komissiyası Avropa İttifaqı adından Ukraynaya 500 milyon avroluq yardım edib. Bu, Aİ-nin Ukraynanın təsdiqlədiyi 1 milyard avroluq makro-maliyyə yardımı üzrə (MFA II) 2-ci və sonuncu ödənişidir.

Aİ cari MFA proqramlarına görə, indiyədək Ukraynaya 860 milyon avroya ayırıb. 1-ci MFA proqramına görə, 250 milyon avroluq əlavə yardım da göstərilə bilər. Bu barədə Avropa Parlamentinin rəsmi vebsaytında xəbər verilir.

MFA proqramının məqsədi Ukraynaya maliyyə köməyi göstərmək, idarəetməni təkmilləşdirilmək, dayanıqlı iqtisadi inkişaf və qanunvericiliyin Aİ ilə uzlaşdırılmasına yönəlmiş mühüm struktur islahatları dəstəkləməkdir. MFA xüsusilə dövlət maliyyəsinin idarə olunması, anti-korrupsiya, ticarət, vergi tətbiq etmə, enerji və maliyyə sektorunda islahatları dəstəkləyir.

İqtisadiyyat, maliyyə, vergi tətbiq etmə və gömrük məsələləri üzrə komissar Pyer Moskovisi deyib: "Avropa Ukraynaya həmrəylik göstərərək öz öhdəliklərini yerinə yetirir. Biz Ukrayna xalqı üçün qeyri-adi iqtisadi və sosial şəraitdə onlara mühüm maliyyə yardımı göstəririk. Bunun əvəzində, hökumət bütün ukraynalıların dayanıqlı rifahı üçün şərait yaratmaqdan ötü islahatlara təkan verməlidir".

Aİ Komissiyası noyabrın 26-da maliyyə bazarlarında 15 ildir mövcud olan istiqrazları artıraraq bugünkü maliyyə yardımını həyata keçirir. Aİ-nin bunda indiyədək ən az səviyyədə 1,363% olacaq. Maliyyə yardımı demək olar ki, eyni şərtlərlə, uzunmüddətli və sərfəli faizlə də Ukraynaya verilib.

Qısa arayış

Aİ-nin Ukraynaya hazırkı MFA kreditinin ümumi həcmi 1,61 milyard avrodur. Aİ indiyədək Ukraynaya 3 maliyyə yardımı göstərib: mayın 20-də 100 milyon avro, iyunun 17-də 500 milyon avro, noyabrın 12-də isə 260 milyon avro. Sonuncu 250 milyon avro Ukraynanın islahatlarda mühüm irəliləyiş əldə edəcəyi təqdirdə 2015-ci ilin yazında veriləcək. Hazırkı yardım Aİ Komissiyasının martın 5-də açıqladığı və Aİ liderlərinin 2014-cü il martın 6-da təsdiqlədiyi yardım paketinin tərkib hissəsidir.

MFA Aİ-nin böhran zamanı ciddi ödəniş disbalansı olan qonşu əməkdaş ölkələr üçün tətbiq etdiyi müstəsna alətdir. Bu yardım benefisiar ölkənin başladığı stabillik və islahat proqramları fonunda BVF (Beynəlxalq Valyuta Fondu) və digər donorların yardımına əlavədir.

Aİ borcalan kimi

Aİ maliyyə bazarlarından borc alaraq başqa suveren borcalanlara verir. 2011-ci ilin yanvarından Aİ istiqraz bazarında ümumilikdə 49,36 milyard avro əldə edib. Bu isə əsasən Avropada maliyyə stabilliyi mexanizmi (EFSM) üçün istifadə olunub. (46,8 milyard avro İrlandiya və Portuqaliyanın kredit tələbləri, qalanı isə ödəniş balansı və makro-maliyyə yardımları üçün).

2015-ci ildə Aİ 5,7 milyard avroluq borc götürməyi planlaşdırır. (MFA kreditləri və EFSM üzrə ödəniş müddətlərini uzatmaqdan ötrü əlavə maliyyələşmə üçün).

Əsas kredit reytinqi agentlikləri ("Fitch", "Moody's", "Standard & Poor's and DBRS") Aİ-ni AAA/Aaa/AA+/AAA və stabil qiymətləndirib. DBRS agentliyinin reytinqi borc alanın kredit qabiliyyətini üzrə əlçatan informasiyaya əsaslanır.

Aİ öz kreditlərini borc mexanizmlərini qiymətli kağız bazarlarına buraxmaqla maliyyələşdirir. Əldə olunan vəsait demək olar ki, eyni şərtlərlə - eyni valyuta, müddətlə və miqdarda benefisiar ölkələrə verilir. Aİ-nin istiqraz  buraxılışlarını Aİ Komissiyasının Lüksemburqda qərarlaşan maliyyə əməliyyatları departamenti həyata keçirir./eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol