Menu

Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib

22.04.2024, 19:49
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqına üzv ölkələr İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirmək üçün razılığa gəliblər.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Aİ Şurasının Lüksemburqda keçirilən iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sanksiyalar Rusiyaya pilotsuz uçuş aparatlarının və raketlərin tədarükünə də təsir edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol