Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
***
Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putinin Baykal-Amur magistralının (BAM) dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşü başlayıb.
“Report”un Moskvaya ezam olunmuş müxbirinin məlumatına görə, görüş BAM layihəsinin 50 illik yubileyi münasibətilə keçirilir.

Şərhlər
Keçmişini bilməyən millətlər heç bir zaman gələcəyini inşa edə bilməz. Bu gün üç yüz illik birgə tariximiz olan Rusiyanın mərkəzində Azərbaycan və Rusiya prezidentlərinin birgə iştirakı ilə, keçirilən bu tədbir və tədbirdə Heydər Əliyevin adının xüsusi ilə ehtiramla yad edilməsi çox qürurvericidir. Ölkə Başçısının bu tədbirdə o xoş sözlər qarşısında keçirdiyi xoş hislər təbii ki üzünün pörtməsindən də sezilirdi. Bu hislər həm də milli hsiləri olan hər bir Azərbaycanlı üçün qürurvericidir. Ona görə də ömürü elə yaşamaq lazımdır ki, senden sonra qoyduğun izlər, səni əbədiyyən yaşatsın. Məhz Heydər Əlyevin yaşadığı ömür və bu ömürdə qoyduğu izlər kim. O ki qaldı Rusiyaya, bir daha sayın Erdoğanın iki il öncə Rusiya Ukrayna müharibəsi yenicə başlayanda söylədiyi bu fikiri "təssüf ki, Batı və ABD Rusiyanın gücünü çox hafifa aırlar" xatırlatmaq istərdim. Nə yazıq ki, bizdə də Rusiyanın gücünü hafife alanlar az deyil. Amma onlardan bəziləri günbə -gün yanıldıqlarının farkındadırlar. O da başqa məsələ ki, Rusiya bu üç yz ildə bizə, yəni Azərbaycana hansı zərərləri vurub və bu zərərlər qarşılığında da bizim dövlət olmamız üçün nələr edib, bu da ayrı bir söhbətin mövzusu. Bütün bunlardan dolayı, bir ziyalı olaraq Azərbaycan prezidentinin Rusiya ilə bağlı yürütdüyü siyasəti həmişə dəstəkləmişəm və təqdir etmişəm. Yəqin ki, razılaşarsınız ki, bunun da ən böyük bəhrəsi, torpaqlarımızın işğaldan azad olunmasıdır.