Menu

Rusiya Odessanı atəşə tutub

23.04.2024, 09:13
Rusiya Odessanı atəşə tutub

Rusiyanın Ukraynanın Odessa şəhərini atəşə tutması nəticəsində ikisi uşaq olmaqla yeddi nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələri, şəhərin meri Hennadi Truxanov bildirib.

Qeyd olunub ki, yeddi nəfərin xəsarət aldığı hücumda azı 14 mənzilə ciddi zərər dəyib. Eyni zamanda, hadisə yerində alışma olub.

Təcili xidmətlər fəsadların aradan qaldırılması üzərində işləyirlər. 34 nəfər, o cümlədən üç uşaq xilas edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol