Menu

Sülhməramlıların daha bir qrupu Azərbaycanı tərk edir - Yeni görüntülər yayıldı + VİDEO

23.04.2024, 20:21
Sülhməramlıların daha bir qrupu Azərbaycanı tərk edir - Yeni görüntülər yayıldı  + VİDEO

Rusiya sülhməramlıları Qarabağda yerləşən müvəqqəti dislokasiya yerlərini tərk etməkdə davam edirlər.

“AzPolitika” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Qeyd edək ki, Rusiya sülhməramlıları Goran stansiyasında təyin olunmuş yerə toplaşır, oradan isə qatarla Rusiyaya yola salınır.

Bir neçə gündür davam edən prosesdə xeyli sayda hərbçi və zirehli texnika Azərbaycan ərazİsini tərk edib. Kremlin açıqladığı məlumata görə, sentyabr ayının sonuna qədər proses tam başa çatacaq.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol