Menu

“Azərkosmos” İsrail şirkəti ilə müqavilə imzalayıb

04.12.2014, 11:35

Azerkosmos“Azərkosmos” ASC İsrailin “Gilat” şirkəti ilə müqavilə imzalayıb.

“APA-Economics”in İsrail mətbuatına istinadən verdiyi məlumata görə, sənədə “Azərkosmos” ASC-nin baş direktoru Rəşad Nəbiyev və “Gilat” şirkətinin baş direktoru Erez Antebi imza atıb.

Müqaviləyə əsasən, “Azərkosmos” İsrail şirkətinin təqdim etdiyi SkyEdge II-c multimodal platformasından istifadə edəcək.

Qeyd edək ki, SkyEdge II-c platforması peyk vasitəsi ilə genişzaloqlı rabitənin yaradılmasına hesablanıb.

“Biz şadıq ki, “Azerspace-1” peykinin müştəri bazası Avropa, Afrika, yaxın Şərq, Mərkəzi Asiya və Qafqazı əhatə edir. “Gilat” şirkətinin təqdim etdiyi SkyEdge II-c platformasını yüksək qiymətləndiririk. Bu platformanın köməyi ilə müştərilərimizə göstərdiyimiz xidmətlərin keyfiyyətini artırmağa nail olacağıq”, - deyə R. Nəbiyev bildirib.

E. Antebi isə “Azərkosmos” ASC ilə əməkdaşlıqdan məmnunluğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol