Menu

ABŞ Çin banklarını qlobal şəbəkədən ayıra bilər – Blinken Pekinə gedir

23.04.2024, 14:31
ABŞ Çin banklarını qlobal şəbəkədən ayıra bilər – Blinken Pekinə gedir

“Birləşmiş Ştatlar bəzi Çin banklarını qlobal maliyyə sistemindən ayıra biləcək sanksiyalar hazırlayır”.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən yazıb.

Beləliklə, Amerika hakimiyyəti Pekini Rusiya hərbi sənayesinə ticarət dəstəyini dayandırmağa məcbur edəcəyinə ümid edir.

WSJ-nin məlumatına görə, Pekinin köməyi Moskvaya hərbi-sənaye potensialını bərpa etməyə imkan verib, çünki Çin Rusiyaya mikrosxemlərin, təyyarə hissələrinin, avtomobillərin və dəzgahların əsas tədarükçüsüdür. Nəşr vurğulayır ki, Çin bankları Rusiyaya kommersiya ixracında əsas vasitəçi kimi xidmət edir, ödənişləri emal edir və müştəri şirkətlərə ticarət əməliyyatları üçün kreditlər verir. Amerika rəsmiləri etiraf edirlər ki, diplomatik cəhdlər Çin hakimiyyətini Rusiyaya ikili təyinatlı məhsulların ixracını məhdudlaşdırmağa inandıra bilməsə, Çin banklarına qarşı sanksiyaların tətbiqi Pekinlə ziddiyyətlərin “eskalasiya variantı” olacaq.

Aprelin 24-də ABŞ dövlət katibi Antoni Blinken Çinə üç günlük səfərə gələcək. Səfərin məqsədlərindən biri Pekinin Rusiya hərbi-sənaye kompleksinə dəstəyi dayandırmasına nail olmaqdır. "Çin hər iki yolla gedə, Avropa ölkələri ilə müsbət, dostluq münasibətləri olduğunu iddia edə bilməz. Eyni zamanda Pekinin addımları “Soyuq Müharibə”dən sonra Avropanın təhlükəsizliyinə ən böyük təhlükədir".

Çin əvvəllər Qərbin Rusiyaya silah tədarük etməməsi ilə bağlı xəbərdarlıqlarına qulaq asırdı, lakin hərbi təyinatlı malların ixracını son vaxtlara qədər artırmağa davam etdi. 2024-cü ilin mart ayının sonunda Çin istehsalçıları il yarımda ilk dəfə olaraq Rusiyaya maşın, avadanlıq və mexanikləşdirilmiş komponentlərin birbaşa tədarükünü azaldıblar. 2023-cü ilin mart ayı ilə müqayisədə azalma 15% təşkil edib. “Bloomberg” mart ayında Çinin Rusiyaya ixracının 16% azaldığını bildirib. Ekspertlər bunu ABŞ-nin Çin banklarına və şirkətlərinə sanksiya təzyiqinin artması ilə əlaqələndirirlər.

Çin Ukraynanın işğalından sonra Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Eyni zamanda, Çin bankları hələ də məhdudiyyətlərə məruz qalan Rusiya müştəriləri ilə iş aparır. Bundan əvvəl ABŞ Rusiyaya hərbi istehsalda istifadə oluna bilən malların ixracına qoyulan qadağanı pozduğuna görə bir neçə Çin şirkətinə qarşı sanksiya tətbiq etmişdi.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol