Bu gün bütün cəmiyyəti narahat edən məsələ narkotikdir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda ” təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov bildirib ki, narkotik artıq məktəblərə yol tapıb: “Bu insanların müalicəsi üçün dispanserlər yoxdur. Bir dispanser var idi, onun da rəhbərliyi korrupsiya üstündə məsuliyyətə cəlb edildi. “İran vətəndaşından almışam” ifadəsi artıq mövcuddur. Kimdir bizim ölkəni zəhərləyən, İran vətəndaşı kimdir? Narkotiklə mübarizəni ciddiləşdirməliyik. Bu problem hər bir şəxsin qapısını döyə bilər. Azərbaycanın milli mentalitetinə zidd olan və Azərbaycan uşaqlarının gələcəyini məhv edən bu sistemə son qoyaq”.


Şərhlər
Siz indi ayilmisiz?
Şərhi yazanlara təşəkkür edirəm ,mənim fikirlərimidə məndən xəbərsiz yazıblar ,ac vaxtımızda Siyavuş bizi güldürür ,heç olmasa buna görə ona sağ ol düşür
Görün bizim xalqımız necə böyük, necə uzaqgörən, necə də doğru seçim etmək qabiliyyətinə malik bir xalqdır ki, Siyavuş müəllim kimi dahi bir şəxsiyyəti, mütəfkəni 30 ildə 7-8 dəfə Milli Məclisə deputat seçir ki, bütün dünya onun brilliantdan qiymətli sözlərini eşidərək savadlansın, feyziyab olsun, və xalqımızın başını ..... zad eləsin.....
Ayə səni verənə şükür e. Vallahi sən ayda, ildə bir dəfə ağzını açıb bir söz deyirsən külli xalq uğunub gedir
gülməkdən ... qarnını tutub yerə sərilir... Həzrət Abbasın par-par yanan gözlərinə and olsun gərək sənin bu sözlərini toplayıb kitab şəklində çap etdirən olsun ki, təkcə biz yox gələcək nəslimiz də oxuyub gülə bilsin. Sən ( bir də Elza Seyidcahan) bu zamanın ərsə gətirdiyi nadir incilərsiniz. Sizin hər sözünüz bütün İpək Yolu mağistrallarında hər iki tərəfdən yazılıb asılmalıdır ki, insanlar görsün ki, bu torpaq necə bir ........ yetişdirə bilib...
Bəli narkotik çoxdan məktəblərə yol açıb. Və narkotiki məktəbə aparan yolu da Əli Kərimli çəkib. Əşi lap elə narkotiki də məktəbə aparan lişni Əli Kərimlidir. Molodets Siyavuş müəllim cənabları. Bu təkzibedilməz faktı debatda Əli Kərimlinin gözünə elə soxar san ki, o vaxt Əhədin "sözündən" sonra Milli Məclisdən necə qaçmışdısa indi də debatdan elə cırsın... Və bununla da sən debatda qalib olarsan. Amma danışanda "ы,ы,ы,ы,ы," eləyib hıqqınma... xatası çıxar, sözü pramoy de...