Menu

“Paşinyan bu yay təslimçilik müqaviləsi imzalayacaq” – Kremlə sığınan sabiq nazir

23.04.2024, 15:23
“Paşinyan bu yay təslimçilik müqaviləsi imzalayacaq” – Kremlə sığınan sabiq nazir

Azərbaycanın işğal altındakı kəndlərinin qaytarılmasına dair qarşılıqlı razılaşmaya Ermənistandakı revanşist və rusiyapərəst qüvvələrin etirazları davam edir.

“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatında Rusiyanın qulbeçəsi, “Ümumerməni Cəbhəsi” hərəkatının başçısı, Ermənistanın keçmiş müdafiə naziri general-mayor Arşak Karapetyanın videomüraciəti yayımlanıb.

Hazırda Moskvaya sığınan və Ermənistana gəlməkdən qorxan “oyuncaq siyasətçi” deyib ki, məlum kəndlərin təhvil verilməsini həzm etmək çətindir. Karapetyanın sözlərinə görə, heç kim Ermənistan hakimiyyəti ilə danışıqlar aparmır və sülh müqaviləsi imzalanmadan sərhədin demarkasiyası mümkün deyil: “Ölkəmizin rəhbərliyi bu yay təslimçilik müqaviləsi imzalayacaq. Bizi təkcə torpaqlarımızı deyil, həm də soydaşlarımızı təslim etməyə məcbur edəcəklər”.

Onun sözlərinə görə, müxalifətin birləşməsi lazımdır: “Əks halda bu xəyanət daha şiddətli və uzun sürəcək”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol