Menu

"Heç bir ölkə bugünkü problemləri təkbaşına həll edə bilməz" - BMT-nin Baş katibi

24.04.2024, 09:45
"Heç bir ölkə bugünkü problemləri təkbaşına həll edə bilməz" - BMT-nin Baş katibi

BMT-nin Baş katibi Antoniu Qutterreş 24 aprel - Sülh Naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü münasibətilə dünya ölkələrinə çağırış edib.

“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

O bildirib ki, heç bir ölkə bugünkü problemləri təkbaşına həll edə bilməz:

"Biz etimadı bərpa etmək, fikir ayrılıqlarını aradan qaldırmaq və bəşəriyyəti sülh yoluna qaytarmaq üçün qlobal əməkdaşlıq ruhunu diriltməliyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol