Menu

Milli Məclisdə ABŞ Konqresi üzvlərinin köməkçiləri ilə görüş olub

24.04.2024, 12:25
Milli Məclisdə ABŞ Konqresi üzvlərinin köməkçiləri ilə görüş olub

Milli Məclisdə ABŞ Konqresi üzvlərinin qanunvericilik məsələləri üzrə köməkçiləri ilə görüş olub.

APA xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "X" hesabında paylaşım edib.

"Parlamentdə ABŞ Konqresi üzvlərinin qanunvericilik məsələləri üzrə köməkçiləri ilə səmərəli görüş keçirilib. İkitərəfli gündəliyimizə dair məsələlər və regionda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb", - o, paylaşımda qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol