Amerika Birləşmiş Ştatları ATACMS taktiki ballistik raketlərini ictimaiyyətə açıqlama vermədən Ukraynaya çatdırıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Adı açıqlanmayan rəsmi şəxs bildirib ki, çatdırılma son həftələrdə gizli şəkildə həyata keçirilib. Ukrayna isə aprelin 17-də səhər saatlarında Rusiya hədəfinə qarşı ilk dəfə olaraq ATACMS-dan istifadə olunub.
Raketlər ABŞ prezidenti Co Baydenin martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edilib.
Agentliyin həmsöhbəti Kiyevə dəqiq neçə raket göndərildiyini açıqlamayıb.
Öz növbəsində ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel faktı təsdiq edib.


Şərhlər
Düşünürəm ki, 9 May dünya aləminin nasist-faşizmindən azad olunduğu növbəti gün Vladimir Vladimiroviç Putin Ukraynaya müdaxilədən RFnın bir tərəfli qaydada geri çəkildiyini bəyan edəcək və səhərisi 10 maydan dünyada *Sülhə start!-Hərbə son!* prinsipi bəyan ediləcək. BMTnın prinsipi dəstəkləməsi heç bir Hərbə və Silaha ehtiyac da olmayacaq!!!