Menu

PKK-nın Almaniyadakı "rəhbəri" həbs edildi

24.04.2024, 22:24
PKK-nın Almaniyadakı "rəhbəri" həbs edildi

PKK terror təşkilatının Almaniya strukturunun rəhbəri Saim Çakmak ələ keçib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Çakmak Türkiyə Kəşfiyyatı (MİT) və İstanbul bölgə Təhlükəsizlik İdarəsi qruplarının keçirdiyi birgə əməliyyat zamanı İstanbulda tutulub.

Terror təşkilatının xarici fəaliyyətlərində fəal iştirakı təsbit edilən Çakmak polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilib.

Onun barəsində həbs qətimkan qərarı çıxarılıb. (Mənbə: TRT)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol