Menu

“Təlimlər əslində Rusiyaya qarşıdır” – NATO-nun komandanı rəsmən elan etdi

25.04.2024, 16:02
“Təlimlər əslində Rusiyaya qarşıdır” – NATO-nun komandanı rəsmən elan etdi

“Alyansa üzv ölkələrin yazda keçirdiyi təlimlər əslində Rusiyaya qarşıdır”.

“AzPolitika” xəbər verir ki, bunu NATO Quru Qoşunlarının komandanı general Darril Villiams ABŞ-nin “The New York Times” nəşrinə müsahibəsində deyib.

“Biz bu il əslində Rusiyaya qarşı təlimlər keçiririk. Potensial düşmənimizlə mübarizə aparırıq",- deyə o qeyd edib.

"NYT" yazıb ki, bu yaz keçirilən NATO hərbi təlimlərinin məqsədi böyük güclərin müasir münaqişəsinin ilk anlarının necə görünə biləcəyini göstərməkdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol