Rusiya Prezidenti Vladimir Putin milli müdafiə maraqları naminə şirkətlərin milliləşdirilməsinin mümkünlüyünü açıqlayıb.
“AzPolitika” “Kommersant” qəzetinə istinadla xəbər verir ki, o, bu sözləri iri biznesi birləşdirən Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı deyib.
Putin qeyd edib ki, bir neçə sənaye müəssisəsinin milliləşdirilməsi özəlləşdirməyə yenidən baxmaq demək deyil.
Onun sözlərinə görə, söhbət “müəssisə və əmlak komplekslərinin sahiblərinin hərəkətləri və ya hərəkətsizliyi ilə ölkənin təhlükəsizliyinə və milli maraqlarına birbaşa zərər vurması hallarından” gedir.
“AzPolitika.info”


Şərhlər