Ukrayna ordusu bir gündə minə yaxın rus hərbçisini məhv edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirilib.

Paylaşımda qeyd olunub ki, son bir gün ərzində Rusiya 950 hərbçisini itirib.

Bundan əlavə, ruslara məxsus 7 tankın, 15 zirehli döyüş maşınının, 31 artilleriya sisteminin, 12 PUA-nın, 1 qanadlı raketin, 35 yük maşınının və 16 xüsusi texnikanın da zərərsizləşdirildiyi bildirilib.

"AzPolitika.info"