Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fərid Məmmədov, Xasay Mədətov, Cəfər Məmmədov, Gündüz Əliyev, Elnur Eynanxa və İsmayıl Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən heroin, metamfetamin və marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində şəhər sakinlərindən sənədləri olmayan 17 ədəd ov tüfəngi aşkarlanıb.


Şərhlər
Narkoyik məsələsini həll eymək üçün DİN. DSX və Gömrükdə bu sahəyə krışalıq edənləri ifşa edib həbs etmək yetərli sayıla bilər.Bu qurumlarda yüksək vəzifələrdə çalışanlarbir başa narkoyik vasitələrin gətirilməsi.daşınması və satışının təşkili üçün məsuliyyət daşıyanıad və krışalıq edənlərdir
Narkotike göre hebsler onun yayımasının qarşısını aka bilmez daga clddi. sert tedbirker görülmelidir,ölüm hökmünğn beroa olunması da daxil olmaqla yoxsamilkwt mehv olacaq İran fars molla ermeni rejimin elinde.