Menu

"NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır" - Şoyqu

26.04.2024, 13:52
"NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır" - Şoyqu

NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır.

“Report” xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin müdafiə nazirlərinin görüşündə deyib.

O bildirib ki, bu, hərbi təhlükəsizliyə əlavə təhdiddir: “İndi deyirlər ki, əgər Rusiya Ukraynada dayandırılmasa, Alyans ölkələrinə hücum edəcək. Halbuki, bizə yaxınlaşan onlardır”.

Nazirin sözlərinə görə, Rusiya başqa dövlətlərin işlərinə qarışmamaq siyasətinə sadiqdir: “Eyni zamanda Sovet İttifaqının dağılmasından sonra NATO-nun Şərqə doğru genişlənməsi davam edir. Amma 1990-cı illərdə bizə bunun baş verməyəcəyi vəd edilmişdi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol