ABŞ Dövlət Departamentinin ərəb dili üzrə sözçüsü Hala Rharrit Vaşinqtonun Qəzza ilə bağlı siyasətinə qarşı çıxdığını bildirərək istefa verib.
"AzPolitika" xəbər verir ki, karyerasına siyasi və insan haqları üzrə məsul vəzifədə başlayan və Xarici İşlər Nazirliyində işləyən Hala Rharrit 20 ilə yaxındır bu vəzifədə idi.
Rharrit "LinkedIn" hesabından etdiyi paylaşımda "18 illik xidmətdən sonra ABŞ-nin Qəzza ilə bağlı siyasətinə etiraz olaraq istefa verdim. Ölkəmin Qəzza siyasətinə qarşıyam", -deyə bildirib.
Qeyd edək ki, bu, ABŞ-nin Qəzza siyasəti ilə bağlı Dövlət Departamendindəki üçüncü istefa olub.
"AzPolitika.info"


Şərhlər