Rusiyanın Krasnodar vilayətindəki hərbi aerodroma və neft emalı zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

"AzPolitika" xəbər verir ki, bu barədə "Telegram" kanallarında videogörüntülər yayılıb.

Həmçinin Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev də sözügedən hücumu təsdiqləyib. O, "Telegram" kanalından etdiyi paylaşımda hücum zamanı ciddi dağıntı və tələfatın qeydə alınmadığını bildirib:“Slavyanski, Severski və Kuşçevskidə 10-dan çox PUA vurulub. Onlar neft emalı zavoduna və infrastruktur obyektlərinə hücum etməyə cəhd ediblər”.

Neft emalı zavodunun yerləşdiyi Slavyanski rayonunun rəhbəri isə hücum nəticəsində müəssisədəki rektifikasiya kolonnasının zədələndiyini bildirib.

"AzPolitika.info"