Erməni hərbçiləri “geri çəkilmək bacarıqlarını” növbəti dəfə nümayiş etdiriblər.
“AzPolitika” xəbər verir ki, ötən gün Qazaxın 4 kəndinin qaytarılmasına etiraz edənlərin aksiyasına qoşulan erməni hərbçilər efirə çıxaraq, etdikləri hərəkətə görə hər kəsdən üzr istəyiblər.
Hərbçilər videomüraciət edərək, baş verənlərdən təəssüfləndiklərini bildiriblər. Ermənistan İstintaq Komitəsinin yayımladığı videoda bildirilib ki, bir qrup hərbi qulluqçunun hərbi xidmətin bəzi vəzifələrini yerinə yetirməkdən açıq-aşkar imtina etməsi ilə bağlı cinayət işi açılıb.
Həmin hərbçilərin müraciətində isə deyilir: “Biz Kirants kəndinə getdik, orada bizi bir sıra jurnalistlər və nümayişçilər qarşıladılar. Guya biz hərbçilər oraya gedərək nümayişçilərə qoşulmuşuq. Nəzərinizə çatdırırıq ki, bütün bunlar yalandır. Biz ora tələsik getdik, buna görə təəssüflənirik və bütün bunları siyasiləşdirməməyinizi xahiş edirik. Biz əsgərik və bizə tapşırılan tapşırıqları yerinə yetirməliyik”.
Öz növbəsində həmin sırada olan İcevan hərbi hissəsinin hərbçisi Feliks Baqumyan deyib: “Bizim bu etirazçılarla heç bir əlaqəmiz, siyasi baxışımız yoxdur, bizim orada olmağımız təsadüf olub, buna görə təəssüflənirik, bağışlanmanızı xahiş edirik. Xahiş edirik, bütün bunları siyasiləşdirməyin”.
“AzPolitika.info”


Şərhlər
Görəsən bu millətin neçə sifəti var???, inanın ki, milyon da desək azdır, indi də deyirlər ki, """biz orada təsadifən olduq, bu yalandır və anlamadan səhv olaraq nümayişçilərə qoşulduq, bunu siyasiləşdirməyin və üzr istəyirik...""" Fikir verin insanın ağlına bu yalanlar necə gələ bilər, həm təsadüfən, həm qoşulmaq, bunu siyasiləşdirməmək, üzr istəmək və s. və i....