Menu

Hərbçilərimiz Türkiyədə təlimə başladı

27.04.2024, 17:07
Hərbçilərimiz Türkiyədə təlimə başladı

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES - 2024” çoxmillətli təlim keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.

“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol