Menu

"Biz vaxt itirməməliyik, qətiyyət nümayiş etdirməliyik" - Zelenski əlavə yeddi “Patriot” istəyir

28.04.2024, 09:15
"Biz vaxt itirməməliyik, qətiyyət nümayiş etdirməliyik" - Zelenski əlavə yeddi “Patriot” istəyir

Ukraynanın müdafiəsi üçün ən azı yeddi “Patriot” hava hücumundan müdafiə sistemi lazımdır.

APA xəbər verir ki, bu barədə aprelin 27-də Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Ukraynaya yeddi sistem lazımdır. Və bu minimumdur. Tərəfdaşlarımızda bu sistemlər var var. Biz vaxt itirməməliyik, qətiyyət nümayiş etdirməliyik”, - Zelenski qeyd edib.

Onun sözlərinə görə, Qərb tərəfdaşları Ukraynanı ölkənin təhlükəsizliyini təmin etmək üçün lazım olan hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol