“Cəbhədə vəziyyət pisləşib. Rusiyanın şərq cəbhəsində əlavə qüvvələr toplaması nəticəsində Ukrayna ordusunun mövqeyi zəifləyib. Bəzi bölgələrdən geri çəkilmişik”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, briqada generalı Aleksandr Sırski “Telegram” hesabından etdiyi paylaşımda bildirib.
Sırski Rusiyan müəyyən yerlərdə taktiki uğurlar əldə etdiyini etiraf edib.
“Rusiya qoşunları canlı qüvvə və silah üstünlüyündən istifadə edərək, bu ilin əvvəlindən Donetsk bölgəsində yenidən hücumlara başlayıb. Biz həmçinin Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda rus qoşunlarının sayının artırılmasını diqqətlə izləyirik. Rusiyanın ölkənin şimalında birbaşa hücuma hazırlaşdığına dair işarələr var”,-deyə o qeyd edib.
“AzPolitika.info”

Şərhlər