Menu

Baltikyanı ölkələr Rusiyanı ittiham etdi - Minlərlə aviareysə problemlər yaradır

29.04.2024, 14:29
Baltikyanı ölkələr Rusiyanı ittiham etdi - Minlərlə aviareysə problemlər yaradır

Estoniya, Litva və Latviyanın xarici işlər nazirləri Rusiyanı GPS sistemini “vurmaqda” ittiham ediblər.

“AzPolitika” “Financial Times” qəzetinə istinadla xəbər verir ki, bu, Baltik dənizi bölgəsində aviasiyanın fəaliyyətinə müdaxilə yaradır.

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib: “Rusiya sərhədinə yaxın Baltikyanı regionda vəziyyət diqqətdən kənarda qalmayacaq qədər gərginləşir”.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib: “Biz GPS ilə baş verənləri Rusiyanın düşmən hərəkətlərinin bir hissəsi kimi qəbul edirik və bunu müttəfiqlərimizlə mütləq müzakirə edəcəyik”. O, bunların "hibrid hücumlar" olduğuna inandığını söyləyib.

“Financial Times” öz mənbələrinə istinadla yaxır ki, Rusiya Kalininqrada pilotsuz təyyarələrin hücumlarının qarşısını almaq üçün GPS siqnallarını bloklayır.

2024-cü ilin martında Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps və bir qrup jurnalisti daşıyan RAF təyyarəsi Polşadan qayıdarkən Kalininqrad yaxınlığında onunla əlaqə itib.

2024-cü ilin aprelində “The Sun” qəzeti Britaniya aviakompaniyalarının minlərlə uçuşunun GPS sistemləri ilə bloklandığını bildirib. Bunu Rusiyanın etdiyi güman edilir. “Ryanair” Baltik regionu ölkələrinin hava məkanına 2300-dən çox, “Wizz Air” təxminən 1400, “British Airways” 82 və “EasyJet” aviaşirkəti dörd uçuşunda müdaxilə edildiyini bildirib.

Aprelin 25-i və 26-da Helsinkidən Estoniyanın Tartu şəhərinə uçan iki “Finnair” təyyarəsi GPS-in müdaxiləsi səbəbindən uçuş hava limanına qayıtmaq məcburiyyətində qalıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol