Menu

“Azərbycanlılar özlərini buranın sahibi hiss edirlər...” - Revanşistlərin 4 kənd isterikası davam edir

29.04.2024, 14:57
“Azərbycanlılar özlərini buranın sahibi hiss edirlər...” - Revanşistlərin 4 kənd isterikası davam edir

Ermənistandakı revanşist və rusiyapərəst qüvvələrin Qazaxın 4 kəndinin azad edilməsilə bağlı isterikası davam edir.

“AzPolitika” xəbər verir ki, erməni mətbuatına danışan parlamentin müxalif “Ermənistan” blokunun deputatı Qarnik Danielyan hökumət qüvvələrinin ərazidə minətəmizləmə işləri apardığını və kəndlərin təhvil verilməsinə hazırlıq getdiyini bildirib: “Artıq Berkaberə(Qızılhacılı) polis qüvvələri yerləşdirilib və məndə olan məlumata görə, hazırda aktiv minatəmizləmə işləri aparılır. Nə üçün minaları təmizləyirlər?... 

Azərbaycan öz sərhədindən heç olmasa bir mina çıxarıbmı? Xeyr, çıxarmayıb. Bütün minalar və müdafiə xətləri tam yerindədir. Baş verənlər demarkasiya və ya delimitasiya deyil. Artıq azərbaycanlılar özlərini buranın sahibi kimi hiss edirlər. Qarşılıqlı kompromislər haqqında düşünmürlər. Onlar addım-addım irəliləmək istəyirlər. Hakimiyyət bunu asanlaşdırmaq üçün əlindən gələni edir… Nə müdafiə xətti, nə mina, nə də tikanlı məftillər var”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol