Menu

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

29.04.2024, 16:26
Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

APA-nın “news.am”a istinadən xəbərinə görə, bu barədə adı açıqlanmayan mənbələrdən məlumat sızdırılıb.

O eyni zamanda, 9 may “Qələbə günü” münasibətilə keçiriləcək bayram tədbirlərinə də qatılmayacaq. Bildirilib ki, bununla o, ölkəsinin bir müttəfiq kimi Rusiyadan narazı olduğunu nümayiş etdirmək niyyətindədir.

Bununla belə, Ermənistanın hökumət başçısının Rusiyada yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10-cu sammitində iştirak edəcəyi açıqlanıb.

Qeyd edək ki, Rusiya Prezidenti V. Putin mayın 7-də rəsmən vəzifəsinin icrasına başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol