Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.
Təbrik Birinci vitse-prezidentin rəsmi instaqram səhifəsində paylaşılıb.
"Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!", - paylaşımda deyilir.


Şərhlər
Çox sağ olun Mehriban xanım! Sizin bir Dövlət və İctimai-siyasi xadim kimi Dövlətçiliyimiz, Millətimiz, Xalqımız, Mədəniyyətimiz, İdmanımız və s. üçün əməyinizi, qayğınızı dəyərləndiririk. Bu günlərdə də gözəl balamız Ülviyyənin qazandığı nailiyyətə belə dəyər verməniz, bu da bir qayğıdır və Ülviyyə qızımız üçün əlavə ruh yüksəkliyidir. Sizə də, Ülviyyəyə də möhkəm can sağlığı, xoşbəxt aylar-illər arzulayıram.