Menu

Gürcüstanın turizm gəlirləri rekord həddə çatıb - Azərbaycanlılar 40 milyon dollar xərcləyib

30.04.2024, 16:08
Gürcüstanın turizm gəlirləri rekord həddə çatıb - Azərbaycanlılar 40 milyon dollar xərcləyib

Bu ilin I rübündə Gürcüstanın turizm gəlirləri 807,7 milyon ABŞ dolları təşkil edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

Məlumata görə, bu, ötən illə müqayisədə 1,5 % çoxdur və Gürcüstan üçün rekord sayılır.

Yanvar-mart aylarında Gürcüstanda ən çox Rusiya vətəndaşları pul xərcləyib -171,2 milyon ABŞ dolları. Digər yerlərdə isə Türkiyə (117,51 milyon ABŞ dolları), Avropa İttifaqı ölkələri (108,3 milyon ABŞ dolları), İsrail (65,7 milyon ABŞ dolları) və Azərbaycan (40,6 milyon ABŞ dolları) qərarlaşıb.

Şərhlər

Kòhne 2024-04-30 19:37:34

40 milyon burdada qala bilerdi.....Turizm sahesi berbad halda olmasaydi......

Mubariz 2024-04-30 17:23:41

Yollar açıq olsaydı yəqin ki Azərbaycan ilk yerdə qərarlaşardı ,bizdə isə barmaq sayı qədər turist gəlib ,onlarada turist demək mümkünsə , otellər ,tikməklə deyil ,sərfəli və keyfiyyətli xidmət lazımdır ,Bakıdan kənara çıxsan müflis olacaqsan ,bahaçılıqdan

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol