Menu

Tbilisidə etirazçılar parlament binasına girmək istəyib - FOTO

30.04.2024, 23:24
Tbilisidə etirazçılar parlament binasına girmək istəyib - FOTO

Gürcüstanda keçirilən aksiyada növbəti qarşıdurma baş verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament binasının arxa girişini tutan aksiyaçılar polis kordonunu yarmağa çalışıblar.

Polis bir neçə dəfə gözyaşardıcı qazdan istifadə edib, etirazçılardan bəzilərini saxlayıb.

Ərazidə vəziyyət gərgin olaraq qalır. Bir qrup aksiyaçı parlament binasından hökumət administrasiyasına yürüş edərək İnqoroqva küçəsini bağlayıb.

Ölkənin Daxili İşlər Nazirliyi etirazçılara müraciət edərək qanunla müəyyən edilmiş sərhədləri aşmamağa, polisin qanuni tələblərinə riayət etməyə çağırıb.

Şərhlər

Mubariz 2024-05-01 08:57:34

Maraqlıdır ,bütün gecə boyu mitinqi Gürcüstanın birinci kanalı ( İctimai Televiziya ,İTv ) canlı yayımlayırdı .Polis ilk anlar sərtlik nümayiş etdirsədə sonradan zorakılıqdan vaz keçdi ,sağ əlləri bizimkilərin başına

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol