Menu

İrəvanın keçmiş meri partiya yaratdı – Paşinyana meydan oxudu

01.05.2024, 15:21
İrəvanın keçmiş meri partiya yaratdı – Paşinyana meydan oxudu

 Ermənistanda İrəvanın keçmiş meri Hayk Marutyanın sədr seçildiyi “Yeni güc” partiyası yaradılıb.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, partiya 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

Hayk Marutyan bu gün keçirilən təsis qurultayında bəyan edib ki, Nikol Paşinyan hökumətinin başqa işi yoxdur, getməlidir: ““Artsax” xalqının təhlükəsizliyini təmin edə biləcəyinə söz verən hökumət, sonra “artsax” sözünü belə rədd etdi. Bu hökumət Ermənistanın taleyi iləı bağlı məsələlərdə ictimai etimadı itirib. Nikol Paşinyan və komandasının bundan başqa görəcək heç bir işi yoxdur”.

O, Azərbaycan və Ermənistan arasında hazırda gedən demarkasiya ilə bağlı fikirlərini açıqlayıb və bildirib ki, danışıqlar prosesi ilə tanış olmalıdır. “Əgər biz Tavuş məsələsini həll etmək istəsək və bu, Tavuşla bitməyəcəksə, Azərbaycan yeni tələblər irəli sürəcək. Bu hökumətin artıq Ermənistan üçün vacib məsələlərlə məşğul olmağa legitimliyi yoxdur”.

Hayk Marutyanın komandası İrəvan Ağsaqqallar Şurasında ikinci gücdür. O, paytaxtda 44 minə yaxın səs toplayıb və hakim “Vətəndaş müqaviləsi”nin əsas rəqibi olub. Seçkilərdən bir neçə ay sonra İrəvan Ağsaqqallar Şurasının hakim fraksiyaları Marutyanı mandatdan məhrum edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol