Menu

Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib

01.05.2024, 18:33
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenə deyib ki, o, girov müqaviləsinin bir hissəsi kimi Qəzzada müharibənin dayandırılmasını qəbul etməyəcək.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail rəsmisi bildirib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller isə görüşə dair bəyanatında vurğulayıb ki, Blinken “ABŞ-ın Rəfahla bağlı dəqiq mövqeyini bir daha təkrarlayıb".

Lakin ABŞ-ın mövqeyinin nədən ibarət olması barədə izah verilməyib.

Qeyd edək ki, Bayden administrasiyası mülki insanları evakuasiya etmək üçün etibarlı bir planı olmayan Rəfah əməliyyatına qəti şəkildə qarşı çıxıb, hətta Qəzzanın cənubundakı bu şəhərin işğalını "qırmızı xətt" adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol