Menu

Gürcüstanda etiraz aksiyası bərpa edilib - FOTOLAR

01.05.2024, 19:51
Gürcüstanda etiraz aksiyası bərpa edilib - FOTOLAR

Gürcüstanda hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyası bərpa edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu dəqiqələrdə parlament binasının qarşısına toplanmış etirazçılar Rustaveli prospektini bağlayıblar. Parlament binasının ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri və su şırnağı cəlb edilib.

Bugünkü aksiyaya bölgələrdən gələn etirazçıların da qoşulacağı bildirilir.

Şərhlər

Mubariz 2024-05-01 21:01:37

Artıq Gürcüstanın böyük şəhərlərində də etiraz mitinqləri başladı , Polislər vətəndaşlara heç bir müdaxilədə bulunmur .Bütün gürcü televizyaları şəhərlərdən bir-başa canlı yayın yayımlayırlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol