Menu

Ədliyyə Nazirliyində iki rəis müavini təqaüdə göndərildi - İdarə rəisi təyin olundu

02.05.2024, 10:14
Ədliyyə Nazirliyində iki rəis müavini təqaüdə göndərildi - İdarə rəisi təyin olundu

Ədliyyə Nazirliyində kadr dəyişiklikləri davam edir.

"AzPolitika" xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov Maliyyə və təminat idarəsinin iki rəis müavini vəzifəsindən azad edilməsinə dair əmr imzalayıb.

Nazirin digər əmrləri ilə Məmmədov Çingiz Ələddin oğlu və Cəfərov Cümşüd Əli oğlu da rəis müavini vəzifəsindən azad edilərək, təqaüdə göndəriliblər.

Maliyyə və təminat idarəsininin rəisi vəzifəsinə isə Rəhimov Sənan Təyar oğlu  təsdiqlənib. O, bu ilin mart ayından həmini vəzifənin icrasını həyata keçirirdi. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol