“Əl-Qaidə”nin Liviya üzrə lideri El Basset Azzouz Türkiyənin Yalova bölgəsində tutulub.
AzNews.az xəbər verir ki, onun tutulduqdan sonra ABŞ-a aparıldığı deyilir.
Azzouz saxta pasportla daxil etdiyi Türkiyədə ABŞ-ın Gizli Kəşfiyyat Təşkilatı olan CIA, Türkiyənin MİT təşkilatı və türk polisinin ortaq əməliyyatı ilə tutulub.
İlk sorğusundan sonra haqqında "deportasiya" qərarı verilən Azzouz noyabr ayının 24-də İordaniyaya göndərilib. Azzouz 2012-ci ildə Liviyada ABŞ səfiri Chris Stevensi öldürülməsiylə əlaqədar İordaniyanın paytaxtı Ammana, ordan isə ABŞ-a aparılıb.
“Milliyyət”in aldığı məlumata görə, 1994-cü ildən bu yana İngiltərədə yaşayan və 24 may 2006-cı ildə İngiltərədən Liviyaya gələn Azzouz haqda axtarış elan edilib.
Onun “Əl-Qaidə”yə üzv olduğu axtarışa verildiyi bəlli olub.
ABŞ-ın CIA təşkilatı isə onun izini Türkiyədə tapıb.
Məlum olub ki, 1966-ci il təvəllüdlü Azzouz 1965-ci il təvəllüdlü və Liviya əsilli Awad Abdalla S. Ahmida adına çıxarılan saxta pasportla İstanbula gəlib.
MİT və Təhlükəsizlik qüvvələri isə onun Yalovada qaldığını üzə çıxarıb. Kirayə götürdüyü bir evdə gizlənən Azzouzun tutulması üçün xüsusi qrup yaradılıb.
Xüsusi qrup noyabr ayının 13-də evdən çıxan Azzouzu küçədə gedərkən nəzarətə götürüb.
Qeyd edək ki, 2006-cı ildə Mançesterdə nəzarətə alındıqdan sonra pul cəzası ilə sərbəst buraxılan Azzouz ölkəsi Liviyaya gedib. Bin Ladenin öldürülməsindən sonra Pakistana gedərək təşkilatın lideri Ayman Əl Zəvahiri ilə görüşdükdən sonra Əl Qaidəyə qatılan Azzouz Liviya İslami Mübarizə təşkilatından Şimali Liviyada “Əl-Qaidə” düşərgələrinin yaradılması və idarə olunması üçün xüsusi bir vəzifə alıb. Azzouzun yüzlərlə “Əl-Qaidə” üzvünün hazırlanmasında böyük rolu olub.


Şərhlər