Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçular həkimlərin nəzarəti altındadır.
"Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", - deyə MN-dən bildirilib.
Kəlbəcər rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında zərərçəkənlərin kimliyi müəyyənləşib.
"Report"un Qərb bürosunun məlumatına görə, adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:
Nəsibov Elvin İxtiyar oğlu,
Vəzirzadə Xəzər Hilal oğlu,
Babayev Mehman Cəfərqulu oğlu,
Novruzov Müslüm Mürsəl oğlu.

Şərhlər