“44 günlük müharibə Ermənistan Respublikasının vətəndaşı, sonra isə Baş prokuror kimi mənim üçün ən ciddi və ən qəddar dərs oldu”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Respublikasının Baş prokuroru Anna Vardapetyan parlamentdəki çıxışı zamanı deyib.
Baş prokuror qeyd edib ki, 44 günlük müharibədəki acı məğlubiyyətin əsas səbəblərindən biri də Ermənistan ordusundakı koprrupsiya və özbaşınalıq olub: “Bu dərsdən üç vacib şey öyrəndik. Əvvəla, hərbi prokurorluğa gəlincə, hazırda ciddi kadr işləri və peşəkar proseslər gedir. Biz mütəmadi olaraq hərbi prokurorluq orqanları ilə birlikdə hərbi hissələrə baş çəkirik. Məqsədimiz orduda şəxsiyyətlərarası münasibətlərlə bağlı kriminal trayektoriyanın formalaşmasının qarşısını almaqdır. Bundan başqa, hər bir korrupsiya işi ilə bağlı müdafiə nazirinə yazıram. 44 günlük müharibə ilə bağlı hər bir cinayət işi ardıcıl olaraq məhkəməyə verilir”.
“AzPolitika.info”


Şərhlər